Xalq şairi Nəriman Həsənzadənin səhhəti yaxşıdır.
Bunu Teleqraf-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
"Müalicə ev şəraitində davam edir. Şükür Allaha, Nəriman müəllimin səhhəti yaxşıdır, yaradıcılıqla məşğuldur. O, xəstəxanada da yaradıcılıqla məşğul olurdu"- Arif Mehmandost əlavə edib.
Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. Bir müddət Mərkəzi Klinik Xəstəxanasında müalicə alan Xalq şairi Yeni il ərəfəsində evə buraxılıb.
Ötən gün onun sosial şəbəkələrdə yayılımış və yaradıcılıqla məşğul olduğunu göstərən video maraqla qarşılanıb.