Şair, tərcüməçi, "Literaturnaya qazeta"nın Azərbaycan üzrə təmsilçisi Akif Əhmədgil şəxsi pianinosunu bu günlərdə Şuşa Musiqi Məktəbinə hədiyyə edib. A.Əhmədgil bildirdi ki, pianinonun hədiyyə edilməsi rəmzi xarakter daşıyır:
- 30 illik işğal dövründə separatçılar yurdumu darmadağın etdilər. İndi Qarabağımız dirçəlir. Qafqazın konservatoriyası olan Şuşada musiqi məktəbinin bərpa olunması xəbəri məni çox sevindirir. Qərara gəldim ki mən də bu musiqi məktəbinə öz töhfəmi verim. Ailə pianomuzu hədiyyə etdim. Balalarımız ifa etsinlər, musiqinin sehirli dünyasına bələd olsunlar.A.Əhmədgil bu işdə ona dəstək olan, nəqliyyat xərclərinin ödənişinə yardım əlini uzatdigina görə tələbə yoldaşı Bəxtiyar Əliyevə təşəkkürünü bildirdi.