Şərif Ağayar bütün Rəşidsevərlərdən üzr istədi

Yazışı Şərif Ağayar Rəşid Behbudovun ailəsindən, rəşidsevərlərdən üzr istəyib. Bu barədə yazıçı sosial şəbəkədə paylaşdığı statusda qeyd edb: “Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş reaksiya doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. 

Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar. 

Hamınıza sayğılarla...” 

Xatırladaq ki, yazıçı Şərif Ağayar bir neçə gün əvvəl Azərbaycanın görkəmli sənətkarının ifası və daha br neçə ifaçının sənəti barədə, o cümlədən muğam sənəti ilə bağlı cəmiyyətdə kəskin etiraz doğuran fikirlər bildirmişdi.