TƏBİB: Xalq artisti Şükufə Yusupovanın səhhəti sabitləşib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın Yeni Klinikada müalicəsi davam edir.

Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavabda məlumat verilib.

Bildirilib ki, aktrisanın səhhəti stabildir.

Qeyd edək ki, Şükufə Yusifova avqustun 21-də ağır yol qəzası keçirib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq artisti daha sonra Yeni Klinikaya köçürülüb.