Xalq artisti Kazım Abdullayev — 70
Yusif Nəzərli
16:06 06.04.2023
Mədəniyyət
967
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Kazım Abdullayev 70 illik yubileyini qeyd edir. Bu münasibətlə teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov və teatr kollektivi Kazım Abdullayevi təbrik edib.
Azər Paşa Nemətov görkəmli sənətkarı Mədəniyyət Nazirliyinin və teatr kollektivinin adından təbrik edib, onun sənət yoluna nəzər salıb. Qeyd olunub ki, Kazım Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdığı bu illər ərzində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb, tamaşaçı sevgisi qazanıb. Sənət yolunda təkcə teatra yox, eyni zamanda milli kinomuzun inkişafına da öz böyük töhfəsini verib.
Xalq artisti Kazım Abdullayev diqqət üçün təşəkkürünü bildirib.
Kazım Ənvər oğlu Abdullayev 1953-cü ildə aprel ayının 6-da Bakı şəhərində anadan olub.
1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppasına qəbul olunub və 1996-ci ilin yanvar ayına qədər Sumqayıt Dövlət Dram Teatrında çalışıb.
2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2019-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya