"Zərurət olsa, uşağımı da götürüb döyüşə gedəcəm"
Yusif Sultanoğlu
08:01 18.07.2020
Mədəniyyət
1786
Nura Suri: "Başqa variantım yoxdur. Hamımız belə edəcəyik"
Keçən bazar gələn döyüş xəbəri ilə Azərbaycan xalqı ayağa qalxdı. Sözün əsl mənasında yatmış vulkan oyandı. Millətin içindəki torpaq həsrəti, hələ soyumamış intiqam andı özünü ən layiqli şəkildə büruzə verdi. İnsanlar əsgərlərimizə dəstək məqsədilə yürüyüşlər təşkil edib, cəbhə bölgəsinə yollanmağa tələsdilər.
Prezident İlham Əliyevin çıxışından sonra minlərlə gənc orduda iştirak etmək üçün qeydiyyatdan keçdi. Sevindirici haldır ki, onların içərisində qeyrətli xanımlarımızla yanaşı tanınan simalar da var. Xalq artisti Faiq Ağayev də savaşmaq istəyini bildirərək, Müdafiə Nazirliyinə müraciət edənlər sırasındadır.
“Sherg.az”ın suallarını cavablandıran tanınmış müğənni Nura Surinin də sərhəddə baş verənlərə öz münasibəti var: “Əslində hər zaman müharibələrin əleyhinəyəm. Bilirsiz ki, valideynlərim hərbçidir. Anam torpaq uğrunda vuruşub, yaralanıb, iki güllə yarası alıb, amma, torpaqlarımız hələ qayıtmayıb.
Onu da qeyd edim ki, Xocalı hadisələri beynimizdən silinə bilməz. Orda baş verənləri yaddan çıxara bilmərik. O vəhşiliyi unutmaq, bağışlamaq mümkün deyil.
Ona görə torpaqlarımız qayıtmalıdır ki, orda həlak olan, yaralanan insanların qanı yerdə qalmasın. Mən belə qəbul edirəm. Yenə də deyirəm müharibənin, cavan oğlanların şəhid olmasının, yaralanmasının əleyhinəyəm, sülh tərəfdarıyam. Amma heç kimin torpağına girib, hücüm etməmişik. Biz zərər çəkən tərəfik. Torpaqlarımız işğaldan alınmadığı müddətdə o insanların qisası alınmayacaq. İntiqam üçün kimisə öldürmək istəmirik, torpaqlarımızı tələb edirik“.
Sənətçinin fikrincə, qan tökülmədən də işğalda olan ərazilərimizi qaytara bilərik: “Çünki bütün dünya zərər çəkən tərəfin olduğumuzu bilir. Bizim torpaqlarımız işğal edilib, onlar hücuma keçiblər. Bu hadisələrin hamısı Azərbaycan ərazisində baş verib. Ona görə də onların başqa variantı qalmayacaq.
Düşünürəm ki, bütün dünyanın gözündən düşmək istəməyəcəklər. Onsuz da dünya bilir, hamı başa düşür. Sülh yolu ilə torpaqlarımızın qayıdacağına inanıram. Amma bu neçə gündə verdiyimiz şəhidlərin qanını yerdə qoya bilmərik. Əgər onlar danışıq yolu ilə qaytarmayacaqlarsa, hamımız bir olub döyüşə getməliyik.“
N.Suri bu günlərdə əzəmətini, cəsarətini nümayiş etdirən xanımlarımızdan da söz açıb:
“Bizim qadınlarımız çox mərddir. Qənirə Paşayevanın son günlər etdiyi işləri görüb, onsuz da qürur duyduğum Azərbaycan xanımı ilə bir daha fəxr etdim. O xanım neçə gündür xəstə vəziyyətdə yatmır, yemir, içmir hamını sakitləşdirir, müsahibə verir. Olan hadisələri doğru-düzgün xalqa çatdırır. Çünki jurnalistikadan gələn insandır. Jurnalist olmaq, karyera əldə etmək istəyən bütün xanımlara nümunədir. Mehriban xanım başda olmaqla bütün qadınlarımız mərdlik göstərir”.
"Bəs sizin orduda iştirak üçün qeydiyyatdan keçmək fikriniz varmı" sualına müğənni belə cavab verib:
“Hələ müarciət etməmişəm. Çünki hazırda iki övladım xaricdədir. Məlum məsələlərə görə ölkəyə gələ bilmirlər. On iki yaşlı övladım var. Qeydiyyatdan keçim, sabah çağırış olsa övladımı harda qoyum gedim? Amma zərurət yarandığı halda uşağımı da götürüb döyüşə gedəcəm. Başqa variantım yoxdur. Hamımız belə edəcəyik“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm