Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi müsabiqə elan edib



Məqsəd Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını, xüsusilə Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi Tvinninq, eləcə də Region və Kənd Yerlərinin İnkişafına Dəstək layihələrini təşviq etmək, onların fəaliyyətini daha geniş oxucu kütləsinə çatdırmaqdır.
Materialların formatına məhdudiyyət qoyulmur.
Müsabiqəyə iyulun 8-də yekun vurulacaqdır. Çap olunmuş və paylaşılmış bütün materialların linklərini 08 iyul saat 18:00-a qədər aşağıdakı email ünvanına göndərmək lazımdır:[email protected]
Müsabiqənin nəticələri iyulun 12-də keçiriləcək tədbirdə açıqlanacaq.
İlk 3 yerin sahibi mükafatlandırılacaq.