Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir
18:09 03.07.2019
Media
565
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri keçirilir.
Növbəti görüş Ümumrusiya Dövlət Teleradio Şirkətində keçirilib. Heyət üzvlərini Şirkətin xarici əlaqələr departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini Aleksey Perevoşçikov qarşılayıblar. KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya -Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.
Pyotr Fyodorov qonaqları salamlayaraq, Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.
Nümayəndə heyəti üzvləri Rusiyanın Dövlət Teleradio Şirkətinin xəbərlərində Azərbaycan barədə informasiyaların və ayrı-ayrı proqramlarında Azərbaycan barədə müzakirələrin daha effektiv olması üçün təkliflərini səsləndiriblər. Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib. Razılığa gəlinib ki, Şirkətin təşkil etdiyi proqramlarda Azərbaycan tərəfindən ekspertlərə istinadlar edilsin, onlarla əməkdaşlıq gücləndirilsin.
Nümayəndə heyətinin növbəti görüşü “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri öncə Agentiliyin iş şəraiti ilə tanış olublar. Daha sonra Agentliyin baş direktoru Dmitriy Kiselyovla görüş keçirilib. Kiselyov Azərbaycanın öz müstəqilliyini möhkəmləndirmək yolunda atdığı addımları diqqətlə müşahidə etdiklərini və bu yolda Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın regionda oynadığı rola, Rusiya ilə münasibətlərdə sərgilədiyi mövqeyə diqqət çəkərək, iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində KİV-lərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.Səfər proqramı davam edir.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF Müşahidə şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin başredaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.
Oxşar xəbərlər
Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirilib
14:48 20.12.2024
Könüllülər üzrə məsul şəxslər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib -FOTO
18:06 19.12.2024
Xəbər lenti
Hamısına bax
Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış edirlər
19:45 22.12.2024
Gündəm
Rusiyadan Macarıstana neft nəqli bərpa edildi
19:37 22.12.2024
Dünya
Salonikidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
19:27 22.12.2024
Cəmiyyət
Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü
19:15 22.12.2024
Hadisə
Çin Kanadaya qarşı sanksiyalar hazırlayır
19:08 22.12.2024
Siyasət
Husilər ABŞ-nin təyyarədaşıyan qrupuna hücumlar təşkil edib
18:53 22.12.2024
Dünya
"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb
18:44 22.12.2024
İdman
Emrah onlarla qonşu olacaq
18:38 22.12.2024
Şou
Bakıda “Mercedes” yol kənarındakı maneəyə çırpılıb, üç nəfər ölüb
18:32 22.12.2024
Hadisə
Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib
18:20 22.12.2024
Təhsil
Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər
18:09 22.12.2024
Hərbi
Türkiyədə zəlzələ olub
17:55 22.12.2024
Hadisə
Meloni: Sərhədlərimizi qoruya bilmədik
17:46 22.12.2024
Dünya
Milad bayramı alış-verişinə 9 milyard avro xərcləyəcəklər
17:35 22.12.2024
Relaks
Şimali Koreya bu raketini Rusiyaya verib
17:24 22.12.2024
Hərbi
İsraildən "Hizbullah"a xəbərdarlıq: Ciddi zərbə vuracağıq
17:16 22.12.2024
Gündəm
Suriyalılar İsrail ordusunu ölkədən qovacaq - Xamenei
17:07 22.12.2024
Dünya
Rusiya 100 dronla Ukraynaya hücum edib - evlərə ziyan dəyib
16:54 22.12.2024
Hərbi
Hakan Fidan Suriyaya gedib, yeni hökumətin lideri ilə görüşüb
16:43 22.12.2024
Siyasət
Tramp Zelenskini müharibəni dayandırmağa çağırıb - "El Pais"
16:34 22.12.2024
Dünya
"Şamaxı" "Sabah"a qalib gəldi
16:03 22.12.2024
İdman
Qəzzada həlak olan fələstinlilərin sayı 45 mini keçib
15:56 22.12.2024
Dünya
Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi - "Əks halda..."
15:49 22.12.2024
Gündəm
4 ölkə Ukrayna ilə bağlı mühüm qərar verdi
15:42 22.12.2024
Siyasət
Fransanın yeni Baş naziri ən aşağı reytinqlə işə başlayıb
15:31 22.12.2024
Siyasət