Ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində Səbayil rayonu, Bayıl qəsəbəsi Salyan şossei 22 ünvanda yerləşən “Jurnalistlər Binası”nın sakinlərinə seçki bülletenləri paylanmır.
Bunun səbəbini araşdırmaq üçün 29 saylı dairə seçki komissiyasının katibi Elmar Hüseynovla əlaqə saxladıq. Elmar Hüseynov bildirdi ki, onlarda iki il bundan əvvəlki prezident seçkilərində səsvermədə iştirak edən 56 nəfər sakinin siyahısı var. İndiki seçkilərlə əlaqədar isə onlar binaın komendantı ilə əlaqə saxlaya və ya binaya daxil ola bilmirlər ki, qeydiyyatda olan vətəndaşların siyahısını əldə etsinlər. Bu səbəbdən də 2017-ci ildə istifadəyə verilən jurnalist binalarında yaşayan və qeydiyyatda olan sakinlərin adı siyahıda yoxdur. (Azpost)
Problemin həlli yolunu göstərən Elmar Hüseynov bildirib ki, Mərkəzi Seçki Komissiyası həmn yaşayış binalarında səs vermək istəyən sakinlər üçün şərait yarada bilər. Həmin sakinlər Bayılda Elçin Əzizbəyov küçəsi 36, sürücülük məktəbinin yanındakı 16 saylı seçki məntəqəsində və 51 saylı məktəbdə yerləşən 20 saylı seçki məntəsəində gəlib səs verə bilərlər. Əlavə məlumat öyrənmək üçün isə mntəqə seçki komissyasının sədri Fərhad müəllimlə 5812961 nömrəli telefonla əlaqə saxlayıb, məlumat öyrənə bilərlər.