Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Əhməd İsmayılovla görüşərək geniş fikir mübadiləsi aparıb.
"Sherg.az" xəbər verir ki, bu haqda millət vəkili özünün feysbuk səhifəsində məlumat yayıb. Görüşdə milli mətbuatımızın ümumi vəziyyəti və həyata keçiriləcək önəmli layihələr haqqında geniş müzakirələr aparılıb. Komitə sədri Fondun rəhbəri Əhməd İsmayılova yeni fəaliyyətində uğurlar diləyib və Mədəniyyət komitəsi olaraq hər zaman KİV-in inkişafına xidmət edən önəmli layihələrdə yanınızdayıq deyib.
Kənan