Mətbuat xidmətlərinin rəhbərləri təltif edildilər - FOTOLAR

 “Az-Media” qrupu media nümayəndələri arasında “Ən operativ 10 mətbuat xidməti” sorğusu keçirib. 20 gün davam edən sorğuda ümumilikdə 500-dən çox media nümayəndəsi səsvermədə iştirak edib. 

"Sherg.az" xəbər verir ki, səsvermənin nəticələrinə görə, 3 mətbuat qurumu eyni səs topladığı üçün qalib kimi 12 qurumun mətbuat xidməti seçilib və qrupun üzvlərinə təqdim edilib. Sorğunun nəticələri daha əvvəl açıqlansa da, təltif mərasimi dünən təşkil olunub. 

“Az-Media” qrupu, “Dəcəl Balam” ailə və uşaq jurnalının təşkilatçılığı  və “Correct.az” MMC-nin dəstəyi ilə baş tutan mərasimdə aşağıdakı mətbuat xidmətinin rəhbərləri təşəkkürnamə ilə təltif ediliblər:

1. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev
2. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova
4. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev
5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli 
6. “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov
7. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev
8. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı 
9. Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov
10. Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli
11. "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev
12. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış