Sosial şəbəkəyə giriş şəxsiyyət vəsiqəsi ilə olsa... - Fikirlər haçalandı!



Pərvin Əsədov:“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsa, təhlükəsizlik təmin olunacaq”

Ələsgər Məmmədli:“Bu platformanın məzmununun dəyişdirilməsi yanlışdır”

Sosial şəbəkələr son dövrlər medianın flaqmanına çevrilib. Bunu dövrün tələbi kimi qəbul etmək olar. Amma məsələ ondan ibarətdir ki, məhz sosial şəbəkələrin aktuallığının artdığı bir vaxtda dezinformasiya “zibilliyi” gündəmə gəlir. Çünki informasiya azadlığı anlayışı ilə anarxiya və “fake news”un sərhədləri itib. 

 İT mütəxəssisi Pərvin Əsədov bu barədə “Sherg.az”a açıqlamasında ideal çıxış yolunu göstərdi: 

“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır. Bu, daha məqsədəuyğundur. Hər şeydən əvvəl ona görə ki, təhlükəsizlik təmin olunacaq".

 Media hüquqşünası Ələsgər Məmmədli isə təklifi doğru hesab etmədiyini bildirdi: 

“Hökumət sosial şəbəkələrlə bağlı yenilik edə bilməz. Çünki sosial şəbəkə platformasını təmin edən hökumət deyil. İstifadə şərtləri hər kəsə məlumdur. Yeni şərtlər altında sosial şəbəkələrin məzmununun dəyişdirilməsi isə tamamilə yanlışdır”.

Kənan Novruzov