Media nümayəndələri üçün YENİ LAYİHƏ...

Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) TİKA və Türkiyənin Nişantaşı Universiteti ilə birgə media nümayəndələri üçün yeni layihəyə başlayıb.

"Sherg.az" xəbər verir ki, “Qabaqcıl televiziya proqramlaşdırması” adlı layihədə Nişantaşı Universitetinin müəllimləri - prof. Hüseyn Çelik, dr. Burcu Kurtiş, dr. Ahmet Sinav və s. kimi təcrübəli mütəxəssislər aşağıdakı mövzular üzrə onlayn dərslər keçirlər:

📌Qloballaşma və televiziya;
📌 Xəbər yazma texnikası;
📌 Kinematoqrafiya;
📌Canlı yayım komandasının birgə fəaliyyəti;
📌Televiziya jurnalistikası;
📌Ənənəvi televiziya proqramları;
📌Ssenarinin yazılması;
📌Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar;
📌Çəkiliş prosesi;
📌 Dublyaj və musiqi;
📌Tətbiqdən sonrakı yayım prosesləri;
📌Seriallar bazarı və digərləri.

Qeyd edək ki, layihədə respublika üzrə 70 nəfərə yaxın media nümayəndəsi iştirak edir. Təlimlərdə ən fəal iştirak edən 30 jurnalist 5 günlük Türkiyəyə təcrübəyə göndəriləcək. Türkiyədən olan mütəxəssislər səfərdən öncə media təmsilçiləri ilə müsahibə aparacaq.