Telekanalların reytinqlərinin ölçülməsinə dair MÜZAKİRƏ... - FOTOLAR 

Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunan təqdimat keçirilib. 

"Sherg.az" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi  reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib. 

Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunan video təqdimat göstərilib, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilib, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub.

Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılıb.