Vüqar Bayramov: Qadınlar üstünlük təşkil edir
Vüqar Bayramov: Qadınlar üstünlük təşkil edir
Yusif Sultanoğlu
05:15 13.06.2024
Sosial
696
Təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür
"Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərisində qadınlar üstünlük təşkil edir".
Bunu "Sherg.az"a millət vəkili Vüqar Bayramov deyib.
İqtisadçı-ekspert bildirib ki, 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib:
"Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olub. Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu, birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var. Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əməkhaqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əməkhaqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əməkhaqqından da az maaşdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür. Qeyd edək ki, gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir. Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub. Qeyd edək ki, ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onların da 52,1 faizi qadındır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm