
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - İqtisadçı
Yusif Nəzərli
06:47 10.01.2025
Ölkə
868
“Son illərdə bu heyvanın südünün faydası da vurğulanır, ola bilsin ki, 6 baş uzunqulaq bu məqsədlə alınıb”
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 6 baş eşşək idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, idxal olunan eşşəklərə 15 min 980 manat xərclənib. Hər bir eşşək 2.663 manata başa gəlib. Qeyd olunan dövrdə, Azərbaycandan eşşək ixrac edilməyib.
Elə bu məlumat da bir neçə gündür lağ-lağı obyektidir. Bilən də, bilməyən də bu fağır, çalışqan və dözümlü heyvan haqqında fikrinə hər nə gəlir, yazır. Sosial şəbəkələrdə də eşşək mövzusu trendə çevrilib. Əhalimiz eşşəklərin nə üçün, hansı məqsədlə alındığını bilmir, amma etiraz və lağ-lağı etməyə əllərinə yaxşı bəhanə düşüb. Uzunqulaqlardan kənd təsərrüfatında, dağlıq ərazilərdə istifadə olunduğu məlumdur. Ola bilsin ki, alınan eşşəklərdən elə bu məqsədlə, ya da hansısa digər sahədə istifadə ediləcək.
Məsələylə bağlı “Sherg.az”a danışan iqtisadçı Rauf Qarayev qeyd etdi ki, məlumat hər nə qədər komedik görünsə də, Dövlət Statistika Komitəsinin məlumatı dəqiq araşdırılmalıdır:

- Həqiqətənmi uzunqulaqların alınmasına göstərilən həcmdə vəsait sərf olunub, hansı qurumun sifarişiylə alınıb? Əvvəllər də belə məlumatlar olub, uzunqulaqların alındığı bildirilib, lakin sonra məlum olub ki, heç bir faydası, effekti olmayıb. Bunu da deməliyəm ki, uzunqulaqların faydasıyla bağlı insanlarda yanlış təsəvvür var. Təsəvvür bundan ibarətdir ki, uzunqulaqlardan yalnız yük daşınmasında istifadə olunur. Amma uzunqulaqların başqa faydalı cəhəti də var. Bu da onların südünün müalicəvi olmasıdır. Uzunqulaq südündən tibbi məqsədlər üçün istifadə olunduğu məlumdur. Bu məsələdə iqtisadi baxımdan səmərə barədə bir söz deyə bilmərəm. Əgər bu uzunqulaqlar tibbi məqsədlə gətirilirsə və xüsusi cins uzunqulaqlardısa, yəqin iqtisadi səmərəsi də ölçülür. İlk növbədə iqtisadi cəhətdən faydalılığı, effektivliyi bilinməlidir. Məsələn, ölkəyə iribuynuzlu cins mal-qara alınır və burada iqtisadi səmərəlilik əsas götürülür. Cins mal-qaranın süd və ətlik baxımdan məhsuldarlığı yüksəkdir, yerli heyvanlar onlar qədər məhsuldar deyillər. İribuynuzlu cins mal-qara məhz bu məqsədlə ölkəyə gətirilir, süni mayalanma üsulu ilə də artırılmasına çalışırlar. Uzunqulaqlardan əsasən yük daşınmasında istifadə olunduğu bilinir, amma dediyim kimi, son illərdə bu heyvanın südünün faydası da vurğulanır. Ola bilsin ki, 6 baş uzunqulaq bu məqsədlə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm