AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi
07:34 17.05.2021
Media
832
“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.
Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda Aztv.az saytında dərc edilib.
QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.
“Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda qeyd edilib.
Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında onu da bildirir ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər:
“Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. “Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KİV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketlikdən başqa adı yoxdur”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm