Gənc jurnalistlər üçün keçirilən seminarlar yekunlaşıb
Gənc jurnalistlər üçün keçirilən seminarlar yekunlaşıb
Yusif Nəzərli
15:03 23.12.2021
Media
717
ADA Universitetinin İxtisasartırma Proqramları və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə 29 noyabr-17 dekabr tarixlərində keçirilən “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar silsiləsi başa çatıb. "Sherg.az" xəbər verir ki, bu münasibətlə dekabrın 23-ü ADA Universitetində məzun günü keçirilərək, iştirakçılara sertifikatlar təqdim edilib.
Seminar iştirakçılarını təbrik edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, bu seminarlar İxtisasartırma Proqramları tarixində bir ilkdir. Belə ki, adətən diplomatlar, dövlət qulluqçuları və təcrübəli peşəkarlar üçün proqramlar təqdim edən İxtisasartırma Proqramları ilk dəfədir ki, bilavasitə tələbələr üçün silsilə seminarlar təşkil edərək, onlara sertifikat təqdim edib.
Bildirilib ki, seminarlar 3 həftə ərzində öz sahəsində peşəkarlığı ilə seçilən 18 ekspert tərəfindən tədris edilib. İlk həftə ərzində iştirakçılara müasir media mühiti, jurnalist dəyərləri və bu peşənin etik və peşəkar yanaşmaları, 2-ci həftə ölkəmizin tarixi, geosiyasi mövqeyi və enerji məsələlərini əhatə edən mövzular tədris edilib. Sonuncu həftənin tədris proqramı isə ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi mövzularına həsr edilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “New Media” proqramının ilk məzunlarına uğurlar diləyib, onlara bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib. Qeyd olunub ki, seminar iştirakçıları ilk MEDİA könüllülərindən ibarət gənclərdir. Ə. İsmayılov əlavə edib ki, “New Media” proqramının təşkilindəki əsas məqsəd qlobal miqyasda baş verən prosesləri lazımi qaydada işıqlandırmağı bacaran gənc və peşəkar jurnalist kadrlar yetişdirməkdir.
Sonra, iştirakçılar tərəfindən hazırlanan “İnformasiya müharibəsinin Ali Baş Komandanı” filmi nümayişi etdirilib. Filmdə iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələri ilə bağlı müşahidə və təhlilləri əksini tapıb.
Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən seminarlar ADA Universitetinin idarəetmə, eləcə də professor-müəllim heyəti, ölkəmizin dövlət qurumlarının yüksəkrütbəli əməkdaşları, o cümlədən beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş səfirliklərin ekspertləri tərəfindən tədris edilib. İştirakçıların ölkənin müxtəlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət