Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
Yusif Nəzərli
08:26 12.01.2024
Media
733
Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.
Media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacibliyini vurğulayıb, bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyib. O, media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunan seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. O vurğulayıb ki, Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsi prosesində və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında müxtəlif statuslu seçki subyektlərinə münasibətdə rol və vəzifələr müəyyən edib. Media subyektləri də istər seçki prosesində aşkarlığın və şəffaflığın təşəkkül tapmasında, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməlidirlər. MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.
Seminarda daha sonra MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurları barədə təqdimat keçirib. Bildirib ki, Prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər. Şahin Əsədli tədbirdə, həmçinin seçki günü prosedurları ilə bağlı praktiki məşğələ formatında ətraflı məlumat verib. O, seçki məntəqəsinin açılışı, səsvermə hərəkətləri, seçki günü müstəsna hallar və digər bu kimi prosedurların həyata keçirilməsi və tənzimlənməsinin qanunvericilik əsaslarını iştirakçıların diqqətinə çatdırıb.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm