“Allahı dəyişmək istəyirlər, Tanrıya kömək vaxtıdır” – MÜSAHİBƏ
Banuçiçək Kalbalıyeva
12:51 05.04.2020
Müsahibə
5082
Rüstəm Behrudi: "Halbuki , bu, Tanrının işi deyil, "gizli güclər"in əməlidir"
“Müxtəlif ölkələrin qlobal pandemiya ilə bağlı çəkdiyi filmlər indi üzə çıxır. Bu onu göstərir ki, hər şey əvvəlcədən hazırlanıb”
“Müsbət düşünmək lazımdır. Həmrəy olmaq əsas şərtdir. İnsanlarda gərək paylaşmaq duyğusu və bir- birilərinə sevgi olsun”
"Ölüm qorxusu ölümdən də betərdi. Yəni qorxu insanlara daha çox təsir edə bilər, nəinki virus"
Bir il əvvəl, heç 5-6 ay qabaq da yüzlərlə insanın eyni səbəbdən ard- arda dünyasını dəyişməsi, heç kəsin evdən çölə çıxmaması, bir- birimizlə əl verib görüşməyə cəsarət etməməyimiz kimin ağlına gələrdi ki? Həyəcanla baxdığımız qorxu filmlərini indi yaşayırıq. Necə deyərlər, ağlımıza gəlməyən başımıza gəlib. Bütün ecazkar şəhərlərin, füsunkar paytaxtların səmasını qara buludlar alıb. London da, Paris də, Moskva da, Ankara da, Bakı da eyni dərdi çəkir. Həmişə insanlarla dolu olan mərkəzi küçələrdə indi ölüm sükutu hakimlik edir, polis dəstələri keşik çəkir. Bəs dünya nə vaxt düzələcək? Bəlkə, heç düzəlməyəcək, getdikcə pisləşəcək, dağılacaq? Bunu allahdan başqa heç kim bilmir. Bir də, bəlkə, ədəbiyyat adamları. Çünki məşhur türk ədibi Elif Şəfəqin dediyi kimi, yazıçılar öz dünyalarını yaradır və o dünyada allahlıq edirlər. Odur ki, "Sherg.az" saytı olaraq "Salam dar ağacı, əleykim salam" misraları ilə yüzlərlə oxucunun qəlbinə yol tapan tanınmış şair Rüstəm Behrudi ilə həmsöhbət olduq. Görəsən, dar ağacı daha təhlükəlidir, yoxsa koronavirus?
- Dünyanı "caynaqları” arasına alan koronavirus pandemiyası ilə bağlı nə düşünürsünüz?
- Bu, Tanrının işi deyil, "Gizli güclər"in əməlidir. Düzdür, haçansa pandemiya gəldiyi kimi də gedəcək. Amma koronavirusun nə vaxt bitəcəyi məlum deyil. Dəqiq olan odur ki, koronavirus sadəcə vasitədir. Belə bir söz var: "Ölüm qorxusu ölümdən də betərdi". Yəni qorxu insanlara daha çox təsir edə bilər, nəinki virus. Bir də ki, infeksiyanın arxasındakı qüvvələr şeytandan da güclüdürlər.
- Bəs "Gizli güclər" niyə belə edirlər?
- Çünki Allahı dəyişmək istəyirlər. Çörək tapa bilməyən insanla milyonların sahibinin Allahı eyni deyil.
- Bəs Tanrı niyə buna icazə verir?
- Tanrı heç vaxt şərin tərəfində olmayıb. Bunu da qaydasına qoyacaq. Sadəcə, biz ona kömək etməliyik. Vaqif Səmədoğlunun dediyi kimi, Tanrıya kömək vaxtıdır.
- Bəlkə, üçüncü dünya müharibəsinin astanasındayıq...
- Astanasında yox, məhz içindəyik. İndi üçüncü dünya müharibəsi gedir. Sadəcə güllə, top, tüfəng dövrü bitib. Bütün müharibələrin məqsədi dünyanı bölüşdürməkdir. Əgər bioloji silahla bunu etmək mümkündürsə, top- tüfəngə nə ehtiyac var?
- Müharibə başlayıbsa, qalibi kim olacaq?
- Heç bir müharibədə onu başladan qələbə qazanmayıb. Yenə də bəşəriyyəti məhv etmək istəyənlər uduzacaqlar.
- Dediniz ki, Tanrıya kömək etməliyik. Konkret olaraq öhdəmizə nə düşür?
- Həmrəy olmaq, birləşmək lazımdır. Mən nikbin insanam. Əminəm ki, bəşəriyyət pandemiya ilə mübarizə üçün güc tapa biləcək.
- Bəy, indiyə kimi oxuduğunuz hansı əsər baş verən hadisələri xatırladır?
- Bəlkə də, dünya ədəbiyyatında buna bənzər mövzulara həsr edilmiş fantastik romanlar olub. Amma Azərbaycan ədəbiyyatında belə bir nümunə xatırlamıram. Müxtəlif ölkələrin qlobal pandemiya ilə bağlı çəkdiyi filmlər indi üzə çıxır. Bu onu göstərir ki, hər şey əvvəlcədən hazırlanıb. Həmin filmlərlə insanları real hadisələrə hazırlamaq istəyiblər.
- Bəs gələcəkdə Azərbaycanda bu mövzuya həsr olunan əsər yazmaq olar?
- Bilmirəm, ona imkan olacaqmı?! Kimsə nə olacağını bilmir. Fəqət mən həmişə olduğu kimi indi də nikbinəm. Hələ ki, bu mövzuda əsər yazmaq barədə düşünməyin vaxtı deyil. Gözləmək, səbr etmək lazımdır. Bir də ki, əsəri gələcək nəsillər üçün yazırıq. Ona görə ilk növbədə onları qorumağa çalışmalıyıq.
- İnsanlara, o cümlədən gənclərə tövsiyələriniz nədir?
- Müsbət düşünmək lazımdır. Həmrəy olmaq əsas şərtdir. İqtisadiyyatın zəifləməsi çoxlarına təsir edəcək. Evlərinə çörək apara bilməyənlər olacaq. İnsanlarda gərək paylaşmaq duyğusu və bir- birilərinə sevgi olsun. Bütün bəşəri dəyərlər aralıq mövqedədir. Sevgi isə hər şeyin mayasında var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya