“Gilavar”da dava - 5 nəfər saxlanıldı
“Gilavar”da dava - 5 nəfər saxlanıldı
11:17 06.08.2024
Müsahibə
3341
Avqustun 4-nə keçən gecə Bakı şəhər Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava-dalaş olub.
Sherg.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, restoranda istirahət edən 5 nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.
Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəlib. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslərin hamısı saxlanılaraq polis bölməsinə aparılıb.
Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri əsasında protokol tərtib edilib. Daha sonra onlar məhkəməyə göndərilib. Digər 3 nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşənə 20 sutka inzibati həbs cəzası verilib. Kamran isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm