
Lavrovun Trampa cavabı: Kreml ondan da ümüdlü deyil
11:30 23.01.2024
Müsahibə
4136
Donald Trampın ABŞ prezidenti seçilməsi çətin ki, Vaşinqtonun Ukrayna ilə bağlı siyasətini dəyişsin”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “CBS news” telekanalına müsahibəsində deyib.
“Hər hansı fərq olacağını düşünmürəm, çünki Rusiya-ABŞ münasibətlərində sabitlik, qarşılıqlı etimad, şəffaflığa dair bütün əsaslı razılaşmalar ciddi şəkildə pozulub. Bu əlaqələr keçmiş ABŞ prezidenti kiçik Corc Buşun dövründə qırılmağa başladı.
ABŞ qitələrarası ballistik raketlərlə bağlı sazişdən çıxaraq bu münasibətləri pozdu. Vladimir Putinin xoş niyyətinə məhəl qoymayanlar proseslərin gedişatını hesablamalı və düşünməlidirlər”, – Lavrov bildirib.
Donald Trampın Prezident seçiləcəyi təqdirdi Rusiya-Ukrayna müharibəsinə təsiri barədə "Sherg.az ın sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Sergey Lavrov bu məsələdə haqlıdır:
"Əlbəttə, Amerikada prezidentlər müstəqil qərarlar qəbul edə bilirlər, amma ölkələrinin təhlükəsizlik və milli maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar. Amerikada xarici siyasətə tək ölkə başçısı qərar vermir. Amerika Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Konqres siyasi qərarların alınmasında iştirak edən tərəflərdəndir".

Ekspert Prezdentliyə namizəd Donald Trampın seçiləcəyi təqdirdə Rusiya Ukrayna müharibəsinə son qoyacağını iddia etdiyini, lakin bunun mexanizmlərini izah edə bilmədiyini bildirib:
"Rusiya Ukrayna ərazisini tərk etmədikcə, rəsmi Kiyev müharibəni dayandırmayacaq. Tramp Ukraynaya müharibəni sonlandırması barədə əmr verə bilməz. Çünki ərazisi işğal altındadır. Trampın edə biləcəyi Ukraynaya olunan yardımı kəsməkdir ki, bunun da olacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya