Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib
Yusif Nəzərli
05:02 29.03.2024
Dünya
350
Dini müxtəliflik Gürcüstanın ən vacib sərvətlərindən biridir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı deyib.
O, müsəlmanların Gürcüstanın inkişafına töhfə verdiyini və xalqlar arasındakı qardaşlığın arxasında böyük tarixinin dayandığını vurğulayıb.
“Gürcüstan gürcü, azərbaycanlı, şiə, sünni müsəlmanların eyni məsciddə namaz qıldığı unikal ölkədir. Bu dinc birgəyaşayış, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu fəaliyyətimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib və daha 20 məscid təhvil verilməyə hazırdır. Müsəlman icmasına ayrılan maliyyə 4 milyon 150 min lariyə çatdırılıb və iqtisadi artımla bu vəsait daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir”, - Baş nazir deyib.
İftar mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də digər ölkələrdən olan diplomatlar da iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət