“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyətə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyətə start verilib.

QHT.az xəbər verir ki, 19 iyun 2026-cı il tarixində layihənin fəaliyyət planına uyğun olaraq ilk tədbir Bakı şəhərində yerləşən WUF-13 NGO Agency Pavilion-da keçirilib.

Tədbiri “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli açaraq təşkilat və layihə barədə ətraflı məlumat verib, daha sonra sözü ekspertlərə təqdim edib.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli “WUF-13: Bakı və inklüziv imkanlar — qanunvericiliyin tələbləri və reallıq” mövzusunda, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli isə “Şəhərsalma və ətraf mühit: ekoloji problemlər” mövzusunda çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərilən maraq və diqqətə görə iştirakçılara təşəkkür edib.

Tədbir iştirakçılarına və pavilyon ziyarətçilərinə layihə çərçivəsində Azərbaycan və ingilis dillərində çap olunan bukletlər paylanıb.