Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.
QHT.az xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhərində və qəsəbələrdə əhali sağlam ailə dəyərləri barəsində biliklərini müəyyən etmək üçün sorğu keçirilmişdir. Sorğu ictimai birliyin könüllüləri tərəfindən keçirilmişdir. Respiyentlərin 21 nəfəri kişi, 29 nəfəri qadın, 26 nəfəri gənclər, 24 nəfəri isə müxtəlif yaş qruplarından olan şəhər və qəsəbələrin sakinləri olmuşlar.
Sorğu anketində sualların cavablarını araşdırdıqdan sonra məlum oldu ki, yerli əhalinin bu sahədə məlumatları kifayət qədər deyildir.