Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA -ya verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.