“2020-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində passiv il olacağını güman edirəm”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, münaqişənin həlli ilə bağlı tərəflərin baxış buğacı çox fərqlidir:
“İşğalçı Ermənistana beynəlxalq təşkilatların və həmsədr dövlətlərin təzyiqlərini müşahidə etmirik. İrəvan hökuməti status-kvonun davam etdirilməsi üçün əlindən gələni edir. Erməni rəsmiləri hər fürsətdə “Böyük Ermənistan” utopiyasını gündəmə gətirirək, bunun reallaşması üçün çalışır. Lakin erməni tərəfi bilməlidir ki, onun qarşısında obyektivliyi tələb edən və ilbəil daha da güclənən Azərbaycan var. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək.
Politoloq: “Hərbi əməliyyatlara başlayacağımız təqdirdə ermənilərin heç bir söz haqqı olmayacaq”
Məsələ ondadır ki, danışıqlar yolu ilə problemin həllini tapması çərçivəsində Qarabağ ermənilərinin müəyyən dividentlər qazanmaq şansı olacaq. Ancaq hərbi əməliyyatlara başlayacağımız təqdirdə ermənilərin heç bir söz haqqı olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ümumən Cənubi Qafqaz üçün çox təhlükəlidir. Ona görə də problemin çözülməsinə mümkün qədər tez nail olmaq lazımdır”.