“Prezidentin Şuşaya səfəri ölmüş ruhlarımıza can verdi”

“Bu həm də Erməni məxluqlarına mesaj oldu ki, biz Şuşanın əbədi sakinləriyik və doğma torpaqlarımıza qayıtdıq”

“Prezident “Əzizim Şuşa” yox, “Əziz Şuşa” deyir. Çünki Şuşa hamı üçün əzizdir”


“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilərin vandalizmi Azərbaycanın tarixi abidələrinə münasibətdə özünü göstərir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılıb, viran edilib. Artıq Azərbaycan dağıntıya məruz qalmış mədəniyyət nümunələrini bərpa edir.

Bu gün Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya səfər ediblər. Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəllər  Şuşaya qaytarılıb. 

 Səfəri zamanı “güllələnmiş heykəllər”in açılışı olub. Həmçinin Prezident, birinci xanım və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerə gəliblər.

Prezidentin Şuşa səfərini “Sherg.az” dəyərləndirən jurnalist, publisist, yazıçı Flora Xəlilzadə deyib ki, Xan qızı Natəvanının ruhu ağ yaylıqda yollara çıxıb bizi gözləyirdi. Onun sözlərinə görə, bu gün o ruh sakitlik tapıb:

“Mən “Yadigarlar” verilişinin bir buraxılışını  Xan qızı Natəvana həsr etmişdim. Onun  heykəli qarşısında  sanki canlı və güllələnmiş Natəvanla  üz-üzə dayandım. Özümü ələ almaq istəsəm də, alınmırdı. İnsan nə qədər vəhşi olar?!  Onlar insan deyil, heykəli belə atəşə tutublar. Bu gün rahatlıq tapdım ki, o heykəllər öz evlərinə qayıtdı. Elə bil ki,  ruhlar da heykəllərlə birlikdə  doğma torpağına dönmüş oldu. Ali Baş Komandana çox təşəkkür edirəm! Biz hər şeydən əlimizi üzmüşdük. Lakin ölmüş ümidlərimiz dirildi. Mənim üçün Şuşa çox qiymətlidir, “Ruhumuzun ünvanı Şuşa”adlı  kitab da yazmışam”.

F.Xəlilzadə diqqətə çatıdırıb ki,  Şuşaya geri qayıtmaq  bütün düyünlərin açılması , Qərbi Azərbaycanda  öz doğma sakinlərinə həsrət qalan yuvaya, Qarabağa dönmək deməkdir:

“Bütöv Azərbaycan qızıl üzükdürsə, Şuşa onun qaşıdır!  Bu gün Prezidentin ailə üzvləriylə  Şuşaya səfəri ölmüş ruhlarımıza can verdi. Erməni məxluqlarına mesaj oldu ki, biz Şuşanın əbədi sakinləriyik və doğma torpaqlarımıza qayıtdıq. Prezident “Əzizim Şuşa” yox, “Əziz Şuşa” deyir. Çünki Şuşa hamı üçün əzizdir. Son günlərdi çox qeyri-adi hisslər keçirdirik. 8 noyabr tarixində  sevincdən göz yaşlarımı saxlaya bilmədim. Dəfərlərlə söylədim ki, qulağıma yenə təkrarlıyın ki, “Şuşa alındı!”(Bu məqamda müsahibimiz yenə göz yaşlarına hakim ola bilmir).