Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb. Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir.
Yenidən ağ örpəyə bürünən Laçından kadrları təqdim edirik.