Analoqu olmayan Xocalı soyqırımı

Ermənistan rəhbərlərinin hamısı cinayətkar və uşaq qatilləridir

Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir

  XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımından 32 il ötdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırımı aktı törədib. Bu dəhşətli və misli-bərabəri olmayan qətliam zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, onlarla qadın-uşaq müxtəlif işgəncələrlə öldürülüb. İnsanlıq tarixinə qara və qanlı ləkə kimi düşən bu soyqırımı fevralın 25-də başlayır. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulur. Belə bir vəziyyətdə erməni silahlılarının mühasirəsində qalan əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olur. Lakin onların bu niyyəti baş tutmur. Azğınlaşmış erməni cəlladları şəhəri yerlə-yeksan edir, dinc əhaliyə qanlı divan tutur. Ümumilikdə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Ermənilər müxtəlif vaxtlarda Xocalı soyqırımının məsuliyyətini öz üzərlərindən atmağa çalışsalar da, hər dəfə bu cəhdləri fiaskoya uğrayıb. Ermənistanın sabiq prezidenti və Xocalı qətliamının iştirakçısı Serj Sərkisyan soyqırım aktını məşhur ingilis jurnalisti, politoloq Tomas de Vaala müsahibəsində bu sözlərlə etiraf edib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu gün Kanada, Meksika, Kolumbiya, Sudan, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də, ABŞ-nin 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edib. 32 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı Azərbaycan insanının, Türk dünyasının ürəyində dərin yara, Ermənistan dövlətinin alnında isə qara ləkə kimi qalıb.
  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlərin davam etdirildiyini bildirib. Nazir Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlbi və tarixi ədalətin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli tədbirlər görüldüyünü deyib: "Bütün bu addımların nəticəsidir ki, bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik. İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Cinayətkarların cəzasız qalması müəyyən mənada Ermənistanda həmin şəxslər arasında cəzasızlıq mühiti yaradıb. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir və bundan sonra da mütləq şəkildə davam etdirəcək. Artıq Xocalı cinayətkarlarının bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediliblər”.
  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Deputat vurğulayıb ki, illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur:

"Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq. Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır".
  Parlament üzvü qeyd edib ki, ermənilər həm birinci Qarabağ, həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər: "Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir. Bu bir reallıqdır ki, bu millətin adlandırdığı bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur. Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir. Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar. Bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər".
  C.Məmmədovun sözlərinə görə, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu: "Azərbaycan xalqı bu cinayətləri, eləcə də, torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də, insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verildi. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb".
  Milli Məclisin üzvü qeyd edib ki, Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır: "Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi, bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq. Bu faciənin qurbanı olmuş günahsız insanları dərin hörmət və ehtiramla yad edir, Allahdan sonsuz rəhmət diləyirik".