Hərbi Prokurorluq: Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb
Yusif Nəzərli
06:14 07.02.2025
Hadisə
445
"Səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılıb".
APA xəbər verir ki, hunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev rəsmi mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), Fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və Qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi