Ağdamda yaradılacaq Memorial bağda nələr olacaq?
Yusif Nəzərli
06:55 09.12.2021
Qarabağ
536
“Ağdam şəhərinin bir mərkəzi hissəsi olacaq. Necə ki, Bakıda İçərişəhər var. Ağdam şəhərində də belə tarixi-mədəni hissə yer alacaq. Bu hardasa 22,5 hektarlıq ərazini əhatə edir. Bu hissənin əsas komponentləri Pənahəli xanın imarət kompleksi, çörək muzeyi, dram teatrı, yaradılacaq İşğal və Zəfər muzeyi kompleksi olacaq”.
Oxu.Az-ın məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.
“Bu muzeylər haqqında daha geniş danışmaq istəyirəm. Belə ki, cənab Prezident mayın 28-də Ağdama səfəri zamanı həmin kompleksin təməlini qoydu. Həmin kompleks üç komponentdən ibarətdir. Kompleks İşğal muzeyində başlayır, Zəfər muzeyində bitir.
Onların arasında 18 hektarlıq bir bağ var. O bağı Memorial bağ adlandırmışıq. Bu bağ açıq səma altında olacaq. Biz bütün şəhəri müasir şəkildə bərpa etsək də, həmin o bağda xarabalıqlar, dağıdılmış binalar olacaq.
Biz oranı restavrasiya deyil, konservasiya edəcəyik. Onları olduğu kimi saxlayacağıq ki, gələcək nəsillərə bir örnək kimi, nümunə kimi qalsın və mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr bilinsin, eyni zamanda müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anlada bilsin.
Əlbəttə ki, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq.
Məqsəd odur ki, İşğal muzeyi, Memorial bağ və Zəfər muzeyi Azərbaycan xalqının birinci və ikinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq. Təsəvvür edin, işğal muzeyindən çıxan insan Memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alır.
Yəni insanlar o dağıntıların arasından keçərkən sanki həmin zamandan keçir və gözlərinin qarşısında həmin proses canlanır. Bağın sonuna yaxınlaşdıqca Zəfər muzeyi, Bayraq Meydanı və Zəfər arenasının olduğu əraziyə daxil olurlar. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi simvolizə edəcək.
Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə olacaq”, - deyə E.Hüseynov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarovadan Rumıniyaya sərt xəbərdarlıq: “Cavab gecikməyəcək”
17:37 29.05.2026
Gündəm
Gözlər Kılıçdaroğluna çevrildi: Sabah hansı mesajları verəcək?
17:08 29.05.2026
Gündəm
Aİ-dən SOS siqnal: “Putin NATO ölkələrinə hücum əmri verə bilər”
17:01 29.05.2026
Dünya
İranla müharibə ABŞ və Trampın imicinə zərbə vurub - POLİTOLOQ
16:43 29.05.2026
Gündəm
İran “qonşu iqtisadiyyatlara açılma” strategiyasına yönəlir - ŞƏRH
15:27 29.05.2026
Gündəm
Bu qurumlarda çalışanların çoxu qadınlardır - Siyahı
15:13 29.05.2026
İqtisadiyyat
Rusiyada Ermənistan məhsulu satışdan çıxarıldı
14:59 29.05.2026
Hadisə
ABŞ-da erməni qadın 2 övladını, ərini daha sonra özünü öldürdü
14:50 29.05.2026
Dünya
Rusiya səfiri PUA insidentindən sonra Rumıniya XİN-ə çağırıldı
14:45 29.05.2026
Dünya
İran ABŞ-dan dəyən zərərə görə təzminat tələb edir
14:00 29.05.2026
Dünya