Anadolu agentliyi: Azərbaycan əsgərinin hazırlığı, təchizatı və döyüş əhvalı çox yüksəkdir
14:57 19.07.2020
Qarabağ
1198
Türkiyənin Anadolu agentliyi (AA) Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdləri və hazırkı vəziyyətlə bağlı cəbhə bölgəsindən xüsusi reportaj yayıb.
AZƏRTAC xəbər verir ki, “AA döyüşlərin baş verdiyi Azərbaycan-Ermənistan sərhədində” sərlövhəsi ilə təqdim olunan reportaj Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq ələ keçirmək istədikləri mövqelərimizdən hazırlanıb. Diqqətə çatdırılır ki, döyüşlər dayansa da, gərginlik davam edir. Azərbaycan Ordusunun düşmənlə üz-üzə səngərdəki zabit və əsgərlərinin fikir və düşüncələrini türkdilli oxuculara çatdıran agentlik yazını “Erməni gücləri bir addım belə ata bilməyəcək”, “Türkiyənin dəstəyini hər dəqiqə hiss edirik”, “Minlərlə gənc könüllü olaraq əsgərliyə yazıldı”, “Ermənistan iyulun 12-də hücuma cəhd göstərmişdir” kimi altbaşlıqlarla təqdim edib. Yazıya əlavə edilən videomaterial və fotolar oxucuda Azərbaycan Ordusunun gücü və qüdrəti barədə aydın təsəvvür yaradır. Düşmənin hər bir addımının, hərəkətinin dəqiqliklə müşahidə edildiyini və adekvat cavab verildiyini ifadə edən hərbçilərimiz göstərdiyi mənəvi psixoloji dəstəyə görə qardaş Türkiyəyə səmimi minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm