Tələbdə bildirilib ki, Qarabağda gedən müharibədən sonra imzalanan 10 noyabr sazişinin detalları müxalifətə və eləcə də ictimaiyyətə açıqlansın. Bu müxalif partiya delimitasiya prosesinin Ermənistanın cənub-şərqində yerləşən Sünik vilayəti boyunca aparıldığını iddia edir. Bildirilib ki, həmin zonada Ermənistan hərbi birləşmələri bu ölkənin içərəsinə doğru geri çəkilib.
Delimitasiya: “Qafanda 20, Mehridə 7-8, Gorusda 10 kilometr geri çəkilmə var”
Banuçiçək Kalbalıyeva
09:31 16.02.2021
Qarabağ
886
“Erməni hərbçilərinin boşaltdığı ərazilərdə isə rus sülhməramlıları yerləşir”
“Əlbəttə, Ermənistan hakimiyyəti bu prosesi razılaşdırılmış əsaslarla həyata keçirir”
Ermənistanın müxalifət partiyası Paşinyan hökumətinin Azərbaycanla gizli sərhəd razılaşmasına getməsindən şübhələnir. Bu barədə “armenews.com” saytında məqalə dərc olunub. Həmin partiya Ermənistanın hazırkı hökumətindən Ermənistan-Azərbaycan sərhədlərindəki delimitasiya (Bağlanmış müqaviləyə uyğun təsvir edilməklə və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsi) prosesi ilə bağlı izahat tələb edib.
Tələbdə bildirilib ki, Qarabağda gedən müharibədən sonra imzalanan 10 noyabr sazişinin detalları müxalifətə və eləcə də ictimaiyyətə açıqlansın. Bu müxalif partiya delimitasiya prosesinin Ermənistanın cənub-şərqində yerləşən Sünik vilayəti boyunca aparıldığını iddia edir. Bildirilib ki, həmin zonada Ermənistan hərbi birləşmələri bu ölkənin içərəsinə doğru geri çəkilib.
Belə bir məlumatı müxalif mətbuatın yazması maraqlı dilemma ortaya çıxarır: iddia həqiqətdir, yoxsa ittiham?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, narazı qüvvələr yaranan şəraitdən istifadə edirlər:
“Bəli, delimitasiya prosesi gedir. Hətta erməni mətbuatı bu barədə konkret faktlar təqdim edir. Belə ki, yayılan informasiyaya görə Qafanda 20, Mehridə 7-8, Gorusda 10 kilometr geri çəkilmə var. Erməni hərbçilərinin boşaltdığı ərazilərdə isə rus sülhməramlıları yerləşir. Əlbəttə, Ermənistan hakimiyyəti bu prosesi razılaşdırılmış əsaslarla həyata keçirir. Lakin məsələnin bu qədər qabardılması və Paşinyanın Azərbaycanla razılığa gedibmiş kimi göstərilməsi məqsədlidir. Hədəf baş naziri devirməkdir. Xüsusilə nəzərə almaq lazımdır ki, Paşinyanın media üzərində nəzarəti yoxdur və bunları yazan müxalif mətbuatıdır”.
Ə.Əlibəylinin fikrincə, narazı qüvvələr arzularına çata bilməyəcəklər:
“Düzdür, etirazçılar var. Ancaq bundan əvvəl müxalifətin 17 partiyasının keçirdiyi mitinq də nəticəsiz qalmışdı. Ümumiyyətlə, Paşinyanın tərəfdarları əleyhdarlarından daha çoxdur. Bəlkə, hərbi çevriliş yolu ilə onu devirmək olar. Hərçənd, buna da inanmıram. Köçəryanın siyasi canlanmasının nə ilə nəticələnəcəyi də sual altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə