Deputatdan müjdə: “Laçın dəhlizinə də biz nəzarət edəcəyik”
Banuçiçək Kalbalıyeva
13:38 09.02.2021
Qarabağ
1098
“Deməli, erməni vətəndaşı, o cümlədən hərbi çağırışçısı Qarabağa gələ bilməyəcək”
“Həmçinin Laçında mütləq sərhəd- buraxılış məntəqəsi yaradılmalıdır”
“Milliyətindən asılı olmayaraq, Qarabağda xidmət edən istənilən əsgər Azərbaycanın hərbi qulluqçusu hesab ediləcək”
Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək. Bu barədə düşmən ölkə mətbuatı yazıb. Bildirilib ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb. Müddətli həqiqi hərbi xidmətə çağırılanlar bundan sonra ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.
Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçiriblər. Görünür, rəsmi İrəvan, nəhayət, həqiqəti- Qarabağın Azərbaycan torpaqları olduğunu başa düşüb.
Bu barədə “Sherg.az”a fikir bildirən millət vəkili Elman Məmmədov da eyni fikirdədir:
“Şanlı qələbədən sonra sərhədlərimizi özümüz qoruyuruq. Düzdür, Laçın dəhlizinə indi rus sülhməramlıları nəzarət edir. Prezident onların qarşısında qəti şərt qoyub: bir nəfər belə olsun əcnəbi vətəndaş Qarabağa daxil olmamalıdır.
Amma heç bir ay keçməz ki, Laçın dəhlizinə də özümüz nəzarət edəcəyik. Deməli, erməni vətəndaşı, o cümlədən hərbi çağırışçısı Qarabağa gələ bilməyəcək.
Həmçinin Laçında mütləq sərhəd- buraxılış məntəqəsi yaradılmalıdır. Yaxın gələcəkdə milliyətindən asılı olmayaraq, Qarabağda xidmət edən istənilən əsgər Azərbaycanın hərbi qulluqçusu hesab ediləcək.
Bütün ərazilərə Azərbaycan əsgəri nəzarət edəcək və oralarda bizim gənclər xidmət çəkəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media