Düşmənin növbəti təxribatı:“Ordu ilə Paşinyan arasında uçurum...”
Banuçiçək Kalbalıyeva
10:40 22.04.2021
Qarabağ
802
“Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsi atəşkəsin pozulmasıdır”
“Belə olan halda baş nazir öhdəlik götürən şəxs kimi fakt qarşısında qalıb”
“Dünən erməni baş nazir Paşinyanın Sünik vilayətinə səfərinə və baş verənlərə xüsusi nəzər salmaq lazımdır”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ə.Əlibəyli bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Nəhayət, baş nazir 10 noyabr sazişinin 9-cu maddəsində nəzərdə tutulan "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir."bəndin icrası üçün real addım atıb.
Səfər etdiyi bölgə - Süniklə Ordubad arasında məsafə 40 km təşkil edir və bölgə tarixi Zəngəzur torpaqlarının bir hissəsidir. İkincisi, "168.am" nəşri iddia edib ki, baş nazir deyib:
"Mehri dəhlizini (Zəngəzur dəhlizi - red.) könüllü şəkildə, dinc həyat qarşılığında vermək istəmirlərsə, müharibə ilə götürəcəklər". Üçüncüsü, bu səfər nəticəsində Paşinyanın korteji yumurta atəşinə tutulub, iqamətgahı qarşısında aksiya keçirilib”.
Ə.Əlibəyli, həmçinin baş nazirin siyasi karyerasının gələcəyinə dair bəzi məqamlara da toxundu:
“Baş verənlər Azərbaycan prezidentinin "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq, Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də.
İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa, sizi zorla çıxaracağıq.
Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq." çıxışından sonra baş verməsini belə başa düşmək lazımdır: İyunun 20-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın əsas ümid yeri Azərbaycandır. Onun əlində bir neçə “kozır” var.
Türkiyə ilə sərhədi açılması, Naxçıvan dəhlizi, Azərbaycanla mümkün sülh müqaviləsi, regional fayda və əhalinin varlanması və s. Bu istiqamətdə Paşinyan ilk addımını zorla da olsa, 10 noyabrda atıb.
Şübhəsiz ki, onun arxasındakı qərb güclərinin də əsas məqsədi Türkiyə ilə sərhədi açmaqdır. Sadalananlar Paşinyan üçün regional əməkdaşlıq iqtidarını qarant altına alması demək olar...Eyni zamanda bəzi Azərbaycan KİV-də Türkiyə dövlətinin “Zəngəzur dəhlizinin” inşasına başlanıldığını elan etdiyi haqda xəbər yayılıb. Növbəti bir məqam isə səfərdən sonra Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsidir.
Bu, atəşkəsin pozulmasıdır. Deməli, ordu ilə Paşinyan arasındakı uçurum dərindir. Belə olan halda baş nazir öhdəlik götürən şəxs kimi fakt qarşısında qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq