Əməliyyatlar başlaya bilər: “Qarabağda erməni terrorçuları var” – Şərtlər pozulur!
Banuçiçək Kalbalıyeva
09:57 02.04.2021
Qarabağ
631
Məlum olduğu kimi, dünən Moksvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov və erməni həmkarı Ara Ayvazyan arasında ikitərəfli görüşlər keçirilib. Kremlin onsuz da problemlərinin başından aşdığı, bir tərəfdən ABŞ-la mübarizə apardığı, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünü təmin etməsi uğrunda hərəkətlənməsinin qarşısını aldığı bir vaxtda belə bir görüş onun üçün nə qədər prioritetdir?
Üstəgəl, Qarabağ məsələsinin çoxdan həllini tapdığını nəzərə almalıyıq…Görünür, Moskva rəhbərliyi bunu sözdə desə də, əməldə razılaşmır. Odur ki, necə deyərlər, “saman altından su yeritməyə” çalışır…
Politoloq Natiq Miri dünənki dialoqlar barədə “Sherg.az”a danışdı. O, “aysberqin görünməyən tərəflərini” açıqladı:
“Sözügedən görüşlər Rusiyanın geosiyasi maraqları ilə bağlıdır. Belə ki, rəsmi Moskva Qarabağa nəzarəti öz üzərinə götürmək istəyir. Bildiyiniz kimi, atəşkəs haqqında açıqlamalar verilsə də, hərbi əməliyyatlar hər an başlaya bilər.
Çünki 10 noyabr bəyannaməsinin IV maddəsinə zidd olaraq torpaqlarımızda hələ də erməni terrorçuları var. Onların sayı az deyil. Təxminən on mindir. Belə olan halda Rusiya hər vəchlə atəşkəsin qorunmasına çalışmaqla yanaşı, eyni zamanda dediyim kimi, kontrolu öz əlində saxlamaq istəyir”.
N.Miri, həmçinin digər məqamlara toxundu:
“Bu, ictimaiyyətə açıqlanmasa da, Azərbaycanın tələbləri tərəflər arasında ciddi müzakirə mövzusudur. İkinci bir tərəfdən, yeni kommunikasiya xətlərinin açılması barədə fikir mübadilələri aparılır. Əlbəttə, bu, Rusiyanın maraqları çərçivəsindədir. Çünki beləliklə, Ermənistana birbaşa dəmiryolu xətti açılacaq. Nəticədə Moskvanın İrəvana təsir imkanları da artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya