Ermənistan şərtləri pozur: "Yenə “Dəmir yumruq” və Hərbi Qənimətlər Parkı...”
Banuçiçək Kalbalıyeva
12:08 23.04.2021
Qarabağ
544
Məlum olduğu kimi, 10 noyabr razılaşması imzalanan ilk gündən etibarən Ermənistan sənəddəki tələblərə əməl etmir. Əksinə, elə bil, baş nazir Nikol Paşinyan heç həmin razılaşmaya qol çəkməyib. Görünür, onlar üçün imza, vəd məsələsi bu qədər əhəmiyyətsizdir. Nə olar, rəsmi İrəvanı bir daha tanımış olduq...
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında düşmənin əməl etmədiyi öhdəlikləri sadaladı:
“Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq minalanmış ərazilərin xəritəsi barədə məlumatı təqdim etməkdən imtina edir. Yerinə yetirilməmiş digər şərtlər: 10 noyabr razılaşmasının 4-cü bəndi -Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır. 8 -ci bənd - məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. 10-cu bənd - bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Dediyim kimi, təəssüf ki, bu tələblər yerinə yetirilmir”.
Ə.Əlibəyli rəsmi İrəvanın niyə həmin şərtlərə əməl etmədiyini söylədi:
“Minalarla bağlı xəritənin verilməməsi məskunlaşmanın qarşısını almaqdan ötrüdür. Belə ki, ermənilər azərbaycanlı mülki əhalinin öz ata-baba torpaqlarında gec məskunlaşmasını, mülki və hərbi kontingentin daha çox zərər görməsini istəyir. 4-cü bəndin icra edilməməsində əsas məqsəd Azərbaycanı preventiv davranmağa məcbur etməklə səhvinə nail olmaq, Qarabağda möhkəmlənmək, minimum de -fakto, maksimum isə müstəqil respublika yaratmaqdır.
Ən pis halda Rusiyaya birləşməyi və Azərbaycanın ehtimal edilən hücumlarının qarşısını almağı düşünürlər. 8-ci bənd ona görə reallaşmır ki, Qarabağ ərazisinin 25 faizində sırf ermənilərin yaşadığı göstərilsin, gələcəkdə xalqların birgəyaşayışı, barış mühiti əngəllənsin. 10-cu bəndə görə isə kommunikasiya məsələsi faktiki Ermənistanda 20 iyun seçkiləri öncəsi iqtidar uğrunda qarşıdurma üçün vasitəyə çevirilib. Yəqin ki, seçkilərdən sonra aqibəti bəlli olacaq”.
Esspert, həmçinin rəsmi İrəvanın “şıltaqlığı” nəticəsində başına gələcəklər barədə də danışdı:
“Prezidentin də dediyi kimi, Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq, Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Yəni yenə “Dəmir yumruq” və nəticədə növbəti Hərbi Qənimətlər Parkı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveç yeni Arktika strategiyasını təqdim edib
22:31 01.06.2026
Dünya
Zaxarova: Rusiya konsulluğunun bağlanmasını cavabsız qoymayacaq
21:00 01.06.2026
Dünya
Tramp: İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib
20:53 01.06.2026
Dünya
Edqars Rinkeviç İlham Əliyevi Latviyaya rəsmi səfərə dəvət edib
20:40 01.06.2026
Rəsmi
Ərdoğan CHP-dəki proseslərlə bağlı məsafə saxlayır - TƏHLİL
20:36 01.06.2026
Gündəm
Livanda hücumlar nəticəsində 3433 nəfər ölüb
20:28 01.06.2026
Dünya
KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib
20:23 01.06.2026
Aktual
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
20:17 01.06.2026
Ölkə
Hakan Fidan Əraqçi ilə İran-ABŞ danışıqlarını müzakirə edib
19:44 01.06.2026
Gündəm
Ermənistanda bloger Vazgen Saqatelyanın ev dustaqlığı ləğv edilib
19:17 01.06.2026
Region
Bakıda şəhid atası gəlinini öldürüb
18:55 01.06.2026
Hadisə
Yevlax sakini Bakıda qətlə yetirilib, qaynı tutulub
18:34 01.06.2026
Hadisə
Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin sayı açıqlandı
18:17 01.06.2026
Cəmiyyət