"Ermənistanla məsələlərimiz hələ bitməyib" - Politoloq
09:03 20.07.2021
Qarabağ
737
"Atəşkəs hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib. Qarşı tərəf də ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır. Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk".
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib:
"Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu cümlə ilə izah edirdim: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmən təzyiq altında olmalıdır. Əbədiyyətə qədər atəşkəsə riayət edəcəyimiz kimi öhdəliyimiz yoxdur, olmamalıdır”.
E. Şahinoğlu əlavə edib ki, müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var:
"Atəşkəsə o zaman tam riayət olunacaq ki, biz Qarabağa və Laçın dəhlizinə tam nəzarət edək, Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi geri qaytarılsın, Zəngəzur dəhlizi işə düşsün və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalansın. Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar onları da torpaqlarımızda rahat həyat gözləmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm