Füzulidəki kütləvi məzarlıqda minalar AŞKARLANIB
Yusif Nəzərli
07:43 21.02.2023
Qarabağ
672
Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan təmizlənir. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam etdirilir. Kənddə işlərin daha da sürətli aparılmasına səbəb isə Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilən soydaşlarımızın bu ərazidə kütləvi şəkildə basdırılmasıdır.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun meneceri Habil Babayev “Report”un Qarabağ bürosuna bildirib ki, kütləvi məzarlığa dair məlumatlarla əlaqədar ilkin olaraq 4 hektar ərazinin minalardan təmizləməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, bu günə qədər aparılan təmizlənmə əmnəliyyatları zamanı ərazidə minaların daha sıx döşəndiyi aşkarlanıb: “Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15 faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib. Ərazilərin minalarla kütləvi çirkləndirilməsinin səbəbi isə burada mövcudluğu ehtimal edilən kütləvi məzarlığın olmasıdır. Bu ərazidə hazırda tank əleyhinə minalar gözlə görünür. Burada minaların kütləvi basdırılmasının səbəblərindən biri də azərbaycanlıların haçansa öz yaxınlarının qəbirlərini axtaracaqlarına görədir”.
Agentlik rəsmisi qeyd edib ki, ərazi minalarla tamamilə çirkləndirilib. Qurum təmsilçisinin sözlərinə görə, hələ ki ərazinin 10–15 %-i təmizlənib: “Nəzərə alsaq ki, indiyədək burada 59 ədəd mina tapılıb, bu da o deməkdir ki, qarşıdakı günlərdə buradan xeyli sayda mina və partlamamış hərbi sursatların aşkarlanması ehtimalı çox yüksəkdir”.
Bu vaxta qədər əməliyyatların aparıldığı azad edilmiş ərazilərdən 81 min partlamamış hərbi sursat və minaların aşkar edildiyini xatırladan H.Babayev vurğulayıb ki, bunların da 14 minini tank əleyhinə minalar təşkil edir.
O söyləyib ki, təmizləmə əməliyyatlarının aparıldığı sahələrdə kustar üsulla hazırlanmış sürpriz minlara da rast gəlinir. O, bu cür halların işlərin gedişinin ləngiməsinə səbəb olduğunu bildirib: “Əməliyyat apardığımız dövrdə bir çox ərazilərdə olduğu kimi, bu ərazidə də axtarma – çalışma zamanı sürpriz dediyimiz tələ minalara rast gəlinir. Bu da işin gedişatında bir çox çətinliklərə gətirib çıxarır. Əgər ərazidə tələ minalar aşkar olunubsa, o ərazidə daha dəqiq və daha təmkinli işləmək tövsiyyə olunur”.
Qeyd edək ki, hazırda məzarlığın olduğu ehtimal edilən ərazidə aparılan minatəmizləmə işlərinin qısa nüddət ərzində başa çatdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol