Gorus - Qafan yolu bağlanır:“Ermənistanın Qarabağa hərbi yardımı əngəllənir”
Banuçiçək Kalbalıyeva
13:31 26.08.2021
Qarabağ
1294
“Ermənistan deyilənlərdən nəticə çıxarmasa, hərbi yoldan istifadə də istisna deyil”
Tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan Qarabağda panikanın olması barədə məlumat yayıb. O, bildirib ki, hamı Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından danışır.
Jurnalistin sözlərinə görə, təlaş böyük sürətlə yayılır. Jurnalist Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni sakinlərindən Qarabağ ərazisini tərk etmək niyyəti ilə onlarla müraciət aldığını bildirir.
N.Oxikyan tələsik Qarabağı tərk etməyə çalışan erməni əhalisini media vasitəsi ilə sakitləşdirməyə çalışır.
Hərbi ekspert Ədalət Verdiyev bu barədə “Sherg.az”a danışdı:
“Laçın dəhlizinin Gorus - Qafan yolunun bağlanması ilə əlaqədər artıq real siqnallar var. Əslində sözügedən addım gözlənilən idi. Bu, Ermənistanın Qarabağa hərbi yardım göndərməsinin qarşısını almaqdan ötrüdür.
Əgər İrəvan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmirsə, Bakı da buna məcbur deyil”.
Ə.Verdiyevin sözlərinə görə, Gorus-Qafan yolunun bağlanması atılan son addım deyil:
“Sentyabrda Qarabağda “seçkilər”in keçiriləcəyi deyilir. Bu, separatizm nümunəsidir. Çox güman, Azərbaycan lazımi səviyyədə ultimatum verəcək, düşməni başına gələcəklər barədə xəbərdar edəcək. Ermənistan deyilənlərdən nəticə çıxarmasa, bir çox mexanizmlərdən istifadə edə, daha təsirli addımlar ata bilərik. Həmçinin hərbi yoldan istifadə də istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə