Keçmiş XİN başçısı: “Çıxış yolu müharibəyə başlamaqdır” - Başqa yol qalmayıb!
Banuçiçək Kalbalıyeva
14:32 11.06.2020
Qarabağ
893
"Beynəlxalq təsisatlar da Azərbaycanın haqq səsini tanıyırlar. Sadəcə Ermənistan işğalçılıq siyasətindən əl çəkmir”
Dünən Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
ATƏT həmsədrləri indiyə kimi Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini həll edə bilmirlər. Hətta bəziləri, necə deyərlər, ağızlarına su alıb otururlar.
Bəs bu bəyanatdan sonra ATƏT həmsədrləri Ermənistanın qeyri-qanuni əməllərinə münasibət bildirəcəkmi?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov“Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan bu cür sənədlərdən dərs çıxaran deyil:
“Əlbəttə, bəyanatın qəbul olunması müsbət təşəbbüsdür. Lakin bunun fövqəladə hadisə kimi qəbul edilməsini düzgün hesab etmirəm. Çünki indiyə kimi çox belə bəyanat qəbul olunub. Əslində beynəlxalq təsisatlar da Azərbaycanın haqq səsini tanıyırlar. Sadəcə Ermənistan işğalçılıq siyasətindən əl çəkmir”.
T.Zülfüqarovun fikrincə, yeganə çıxış yolu müharibəyə başlamaqdır:
“Belə olan təqdirdə biz Azərbaycan Respublikasının Konstitusiyasına və BMT-in nizamnaməsinə uyğun hərəkət edərək torpaqlarımızı azad etmək məqsədilə işğalçıya qarşı güc tətbiq etməliyik. Çünki düşmənlər başqa yol qoymurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq