Kreml Qarabağda möhkəmlənir: “Türklər Laçın dəhlizinə də nəzarət etsin"
Banuçiçək Kalbalıyeva
13:35 08.02.2021
Qarabağ
1805
“Görünür, beş il sonra çıxmaq fikri yoxdur”
“Qarabağın Abxaziya və Osetiyaya çevrilməsinə imkan verə bilmərik”
“Ruslar ancaq təzyiq dilində başa düşürlər. Etirazımızı bildirməsək, güzəşt etsək, bunun fəsadlarını görəcəyik”
Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə humanitar yüklərin daşınmasını təmin edir. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib. Məlumatda qeyd olunur ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün humanitar yardım mərkəzinin “KamAZ” markalı 20 hərbi avtomobili və onları müşayiət edən beş avtomobildən ibarət kolon Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı göndərib.
Kolonun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.
Məlumatda yardımların çatdırılmasının Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirildiyi bildirir. Lakin bu, Ermənistan Müdafiə Nazirliyinin tirajladığı informasiyadır. Kim qarant verə bilər ki, humanitar yardım adı altında silahlar daşınmır? Üstəgəl, Ermənistanın keçmiş prezidenti Köçəryanın revanşist açıqlamaları şübhələri daha da artırır.
“Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışarkən rəsmi Bakının adekvat cavab verməsinin zəruriliyindən söz açdı:
“Ruslar şərtləri ilə razılaşmaq üçün bizi fakt qarşısında qoymaq istəyirlər. Qondarma rejimin “prezidenti” Araik Arutunyan da artıq müstəqillikdən danışır. Kreml isə oradakı mövqeyini möhkəmləndirir. Görünür, beş il sonra çıxmaq fikri yoxdur.
Biz Qarabağın Abxaziya və Osetiyaya çevrilməsinə imkan verə bilmərik. Bunun üçün Monitorinq Mərkəzindəki türk hərbçiləri də Laçın dəhlizinə nəzarət etməlidirlər.
Eyni zamanda Qarabağda öz yuridiksiyamızı təmin etməliyik. Ruslar ancaq təzyiq dilində başa düşürlər. Etirazımızı bildirməsək, güzəşt etsək, bunun fəsadlarını görəcəyik”.
Ə.Məmmədli, həmçinin növbəti savaşa dair fikirlərini də bölüşdü:
“Köçəryanın hakimiyyətə gəlməsi ağlabatan deyil. Birincisi, heç rəsmi Moskvada da bunu istəmir. İkinci bir tərəfdən isə Ermənistan erməniləri Qarabağ ermənilərinə nifrət edirlər. Hətta məğlub Paşinyanın indiyədək hakimiyyətdə qalması heç də təsadüfi deyil.
Odur ki, Köçəryan nəinki seçki, hətta hərbi çevriliş yolu ilə də hakimiyyətə gələ bilməz. Savaşın bərpa olunması üçün Ermənistanın hərbi gücü qalmayıb. Düşməni silahlandırmaq üçün isə Rusiyanın iqtisadiyyatı o qədər yaxşı vəziyyətdə deyil.
Lakin Kreml orada güclənərək bizi şantaj də bilər. Buna əsla yol verməməliyik. Ona görə rəsmi Bakı öz narazı mövqeyini göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media