“Kreml Qarabağda yeni savaşın başlanmasında maraqlı deyil" - AKTUAL
Banuçiçək Kalbalıyeva
12:38 05.03.2021
Qarabağ
753
“Hərbi əməliyyatların bərpası rəsmi İrəvanın ziyanına olacaq”:
“Müharibə başlayarsa, bu dəfə hərbi əməliyyatlar Ermənistan sərhədlərindən o tərəfdə- tarixi Azərbaycan torpaqlarında gedəcək”
“Köçaryan bildirib ki, Ermənistan başladacağı yeni qisas müharibəsi əlverişli geosiyasi vəziyyətdə baş verə bilər. Bədbəxt hələ də anlaya bilmir ki, ermənilər üçün əlverişli geosiyasi vəziyyət arxada qaldı”.
Bu sözləri Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov özünün “Facebook” səhifəsində yazıb. Düşmən ölkədəki revanşist meyillər indi təkcə bizə yox, bütün dünyaya məlumdur. Müxalifətçilər, o cümlədən “Qarabağ klanı” hansısa qisasdan danışırlar. Özü də elə həvəslə söz açırlar ki, bəzən adamın inanmağı gəlir. Amma sonra düşünürsən, ermənilərin bacardıqları elə budur- sərsəm bəyanatlar vermək.
Bu barədə daha ətraflı “Sherg.az”a danışan Z.Məmmədovun fikrincə, hərbi əməliyyatların bərpası rəsmi İrəvanın ziyanına olacaq:
“Əslində Ermənistan siyasətçilərinin hər biri başa düşür ki, müharibə üçün münbit şərait yaranmayacaq. Onlar sadəcə öz xalqlarını aldadırlar. Və millətlər arasında yeni nifaq toxumu səpirlər. Lakin biz 200 il ərzində ermənilərin havadarlarının apardığı siyasəti məhv etdik. Daha yeni, tamamilə fərqli geosiyasi vəziyyət yaranıb. Əlbəttə, bundan sonra “erməni xəstəliyi” həmişə öz sözünü deyəcək. Düşmənlər revanş istəyəcək, “intiqam” arzusu ilə yaşayacaqlar. Amma istəklərinə nail ola bilməyəcəklər. Əgər savaş başlayarsa, bu dəfə hərbi əməliyyatlar Ermənistan sərhədlərindən o tərəfdə- tarixi Azərbaycan torpaqlarında gedəcək”.
Politoloq, həmçinin Rusiyanın məsələyə münasibətindən də danışdı:
“Kreml yeni savaşın başlanmasında maraqlı deyil. O, Qafqazda sabitlik istəyir. Düzdür, bəzilərinin fikrincə, müxalif qüvvələr Moskvanın marağı ilə işləyir. Amma bu özü də “erməni xəstəliyi”nin təzahürüdür. Ümumiyyətlə “liberialistlər” və milliyətçilər olmaqla indi Ermənistanda iki cəbhə var. İkincilər qisas almaq istəyirlər. Fəqət, etirazçıların sayının az olması xalqın yeni müharibədən qorxduğunu göstərir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya