Laçın yolundakı aksiya faktiki dəhlizə nəzarət deməkdir
Yusif Nəzərli
06:27 02.03.2023
Qarabağ
816
Rusiya nəzarət-keçid məntəqəsinin qurulmasını istəməsə belə, dəhlizə praktik nəzarətdə Bakının iştirakının alternativi olmamalıdır
"Rusiya XİN başçısı Lavrov Bakıda bəyan etdi ki, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulması müzakirə mövzusu deyil. Bu, qeyri-humanitar məqsədlər üçün istifadə edilən dəhlizə nəzarət məsələsinə ziddir. Hərçənd, qapalı görüşdə məsələnin müzakirə edildiyi və Bakının öz mövqeyində israrlı olduğunu Lavrovun açıqlamasından görmək mümkündür". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Lavrov Laçın dəhlizinin 10 noyabr razılaşmasına uyğun işləməli olduğunu və “yalnız humanitar yüklərin və mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsinin vacibliyini” söyləyib: "Müharibədən sonra Rusiya sözdə bu haqda danışsa da, praktikada dəhlizdən qeyri-humanitar yüklərin və qeyri-mülki şəxslərin keçidinə şərait yaradıldığı bəllidir.
Bunu Bakı da bilir və tələb edir, hərçənd, mövcud situasiya əvvəlki dövrlə fərqlənir. Laçın yolunda aksiya faktiki olaraq dəhlizə qeyri-rəsmi nəzarət deməkdir. Aksiyanın qeyri-rəsmi tələblərindən birinin dəhlizdən qeyri-humanitar məqsədlər üçün istifadənin dayandırılmasıdır. Buna sözdə yox, praktikada nail olunmasa, aksiyanın baş çatacağı da sual altındadır. Bu baxımdan, Rusiya nəzarət-keçid məntəqəsinin qurulmasını istəməsə belə, dəhlizə praktik nəzarətdə Bakının iştirakının alternativi olmamalıdır. Elə Lavrovun sözlərindən çıxan nəticə odur ki, Bakıda bu məsələ müzakirə edilib".
Ekspert Lavrovun “dəhlizlə bağlı şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür" sözlərini bu cür şərh edib:
"Aksiyanın başlanmasından sonra Laçın yoluna “X-ray” skaner cihazlarının quraşdırılmasının mümkünlüyü haqda məlumatlar yayılmışdı. İstisna deyil ki, “texniki vasitələr” dedikdə, bu nəzərdə tutulur. Ya da dəhlizin 10 noyabr razılaşmasına uyğun işləməsinə razı olan Bakının tələbi bundan ibarətdir. Həm yüklərin, həm də avtomobillərin keçidi skaner cihazlar vasitəsilə yoxlanılır. Bu, qeyri-humanitar yüklərin keçidinin qarşısını alınmasına imkan verə biləcək addımdır. Lakin indiyə qədər olan təcrübə “texniki vasitələr”in təkcə Rusiya sülhməramlılarının ixtiyarında olacağı təqdirdə, dəhlizin profilinə uyğun istifadə ediləcəyini də sual altına salır. Prosesin şəffaflığından yalnız Azərbaycanın yoxlamalarda iştirakı halında danışmaq mümkündür. Bu iştirakçılıq iki yolla ola bilər. Yoxlamalarda ya Azərbaycanın nümayəndəsi əyani şəkildə iştirak edir, ya da Bakı onlayn qaydada prosesi izləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol