“Münaqişəni hərbi əməliyyatlarla kökündən həll etməliyik” – AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
09:23 12.06.2020
Qarabağ
1120
“Bu zaman beynəlxalq sənədlərə əsaslanmalıyıq”
“Özü də çox yaxşı olar ki, hərbi əməliyyatlar anti-terror xaraketi daşısın”
Bir müddət öncə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
Ermənistanın öz infrastukturunu dəyişdiyi və qeyri-qanuni məskunlaşma həyata keçirdiyi bəyanatda qeyd olunur. Göstərilir ki, Avropa təsisatları bütün bunların fərqindədirlər.
Bununla bağlı “Sherg.az”a danışan bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinimn fikrincə, Ermənistanın istəyi göz qabağındadır:
“Bir müddət əvvəl Şuşada keçirilən “inaqurasiya” mərasimi, həmçinin Dağlıq Qarabağa üçüncü yolun çəkilişi, yeni şəhərciklərin salınması, oraya Livandan, Suriyadan ermənilərin köçürülməsi onu deməyə əsas verir ki, düşmən işğal altında olan torpaqlarımızı tamamilə erməniləşdirmək və buranın müstəqilliyini elan etmək istəyir. Azərbaycanın bütün bunlara adekvat cavab verib-verməməsi başqa mövzudur. Amma üçüncü yolun çəkilməsi məsələsi beynəlxalq aləmdə müzakirəyə çıxarıldı. Biz elə etməliyik ki, düşmənlərin arzusu ürəyində qalsın”.
Ə. Əlibəyli düşünür ki, mənfur qonşumuza qarşı ciddi mübarizə aparmalıyıq:
“İlk növbədə beynəlxalq hüququn imkanlarından istifadə etməklə hüquqi və diplomatik qaydada lazımi tədbirlər görməliyik. Fəqət, bu yolla hər hansısa nəticəyə nail ola biləcəyimiz o qədər də real deyil. Deməli, hərbi əməliyyatlara başlayaraq, məsələni birdəfəlik, kökündən həll etməliyik. Biz bu zaman beynəlxalq sənədlərə əsaslanmalıyıq. Özü də çox yaxşı olar ki, hərbi əməliyyatlar anti-terror xaraketi daşısın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq