Muradov da Ermənistanı provokasiyada suçladı
Turan
05:14 10.04.2021
Qarabağ
877
Azərbaycan haqlı olaraq erməni diversantları qarşı tərəfə vermir
Yerevan hökumətinin tələb etdiyi ermənilər hərbi əsir deyil
Rusiya sülhməramlılarının rəhbəri general Rüstəm Muradov Ermənistan hökumətini provokasiyada ittiham edib. Ermənistanın "Hraparak.am" saytının əməkdaşı rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni “hərbi əsirlərin” nə üçün qaytarılmadığı barədə sual verib. General isə cavabında bu barədə yayılan xəbərlərin yalan olduğunu söyləyib: “Bu bir təxribatdır. Hökumətdən soruşun. Onlar əhalini aldadırlar. Əsirlərin qaytarılması planlaşdırılmamışdı. Bu, sadəcə, Bakıya işgüzar səfər idi”.
Xatırladaq ki, ötən gün rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycandan Ermənistanın “hərbi əsir”, Azərbaycanın isə qanunsuz silahlı birləşmə üzvü və terrorçu saydığı şəxslərdən bəzilərini özü ilə Bakıdan aparacağı barədə məlumat yayılmışdı.
Ermənistan hökuməti tərəfindən yayılan məlumat son anda yalan çıxdı. Məlum oldu ki, Erebuni hava limanına enən təyyarədə R.Muradovdan başqa heç kim yoxdur. İlkin ehtimala görə, Ermənistan son anda danışıqları pozduğuna, Qarabağda minalanmış ərazilərin xəritəsini vermədiyinə və hazırda Qarabağda saxladığı qanunsuz silahlıları çıxartmadığına görə razılaşmadan imtina edilib.
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Azərbaycan haqlı olaraq erməni diversantları qarşı tərəfə vermir. Ekspertin sözlərinə görə, Yerevan hökumətinin tələb etdiyi ermənilər hərbi əsir deyil:
“10 noyabr birgə bəyannamədən sonra Ermənistanın Azərbaycana qarşı diversiya üçün göndərdiyi terrorçulardır. Azərbaycan tərəfi onları mühakimə etmək hüququna malikdir. Bu haqda Ermənistan tərəfinin mövqeyi yalnız avantüradan ibarətdir.
Hesab edirəm ki, ötən gün Bakı, Moskva və Yerevan arasında müəyyən aktivlik Yerevanda ümid yaratmışdı ki, guya, “əsirlər” geri qayıdır. Təbii ki, Azərbaycanın tələbləri var və bu tələbləri Ermənistan yerinə yetirməlidir.
Görünür, Ermənistan tərəfi tələbləri yerinə yetirmədiyinə görə Azərbaycan diversantları geri verməkdən imtina edir. Rüstəm Muradovun sözlərinə gəldikdə isə həqiqətən rus general bu istiqamətdə çox “canfəşanlıq” edir.
Ermənidən çox erməni olmağa meyilli davranır. Sadəcə, öz fəaliyyəti uğursuz olduğu üçün, həmçinin Ermənistan hakimiyyətinin ucuz populizmi və şərtlərdən qaçması generalı bu kimi açıqlama verməyə məcbur edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq