Polkovnikdən müjdə: Qarabağdan yaxşı xəbərlər olacaq
Yusif Nəzərli
07:37 07.05.2022
Qarabağ
674
“Ruslar 6 postu boşaldıblar”
“Xocalı, Xocavənd, Ağdərə nəzarətimizə keçəcək”
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. Sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı rayonlarının - Sos və Xaçmaç kəndlərində yerləşirdi. Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.
Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.
Rus qoşunlarının Qarabağı tədricən boşaltmasına münasibət bildirən ehtiyatda olan polkovnik Elxan Qəniyev “Şərq”ə deyib ki, sülhməramlılar və Gümrüdəki hərbi bazanın hərbçiləri Ukrayna-Rusiya müharibəsinə görə bölgəni tərk edirlər. Polkovnik bildirib ki, Rusiya ölkədən kənarda xidmət göstərən hərbçilərini də hissə-hissə müharibə gedən bölgələrə daşıyır:
“Rusiya Ukrayna ilə müharibədə ciddi itkilər verib. Canlı qüvvə kifayət etmir. O da məlumdur ki, Kreml Moskvada 9 may paradı keçirməyə hazırlıq görür. İkinci Dünya müharibəsi davam edərkən SSRİ rəhbəri Stalin də hərbi parad keçirmiş və daha sonra həmin qoşunları cəbhəyə göndərmişdi. Kreml rəhbərinin də fikri belədir. Rusiya Cənubi Qafqaz ölkələrində və digər regionlarda yerləşdirilmiş hərbçilərin sayını minimuma endirərək geri qalan əsgərlərini Ukrayna ilə savaşa cəlb etmək niyyətindədir. Rus sülhməramlılarının bir hissəsi isə Fərrux kəndinə göndərilir. Məqsəd bölgədə Azərbaycan Ordusunun daha çox güclənməsinə, nəzarəti tam ələ keçirməsinə mane olmaqdır”.
E.Qəniyev rus sülhməramlılarının başqa postlardan çəkildiyini də vurğulayıb:
“Qarabağda rus sülhməramlılarının tərk etdiyi iki nəzarət-buraxılış məntəqəsinin adı açıqlanıb. Amma məndə olan məlumata görə, rus hərbçiləri ümumilikdə 6 postu boşaldıblar. Yaxın günlərdə 4 nəzarət-buraxılış məntəqəsinin də tərk edildiyi ilə bağlı xəbər veriləcək. Səbəbi rus silahlı qüvvələrinin sayının azalması, Qarabağdan çıxarılmasıdır. Yaxşı xəbərlər olacaq. Xocalı, Xocavənd, Ağdərə nəzarətimizə keçəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
03:03 29.03.2026
Region
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə