Qarabağın çilingərə, bənnaya, qaynaqçıya da ehtiyacı var
Yusif Nəzərli
02:20 29.04.2022
Qarabağ
944
Elman Məmmədov: "İşğaldan azad edilmiş rayonlarımızda təkcə xaricdən gələnlər işləməməlidir"
Azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli tikinti-quruculuq, bərpa işləri hər birimizi sevindirir, qürurlandırır. Təbii və haqlı olaraq çoxlarımız, xüsusən Qarabağ sakinləri öz yurdlarının yenidən dirçəldilməsi prosesində yaxından iştirak etmək arzusundadır. Minlərlə insan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinə öz töhfəsini vermək niyyəti güdür. Hər kəsin qəlbindən keçir ki, yeni qurulan şəhərlərdə, qəsəbə və kəndlərdə onların da imzası olsun. Bir müddət əvvəl də elan verildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəyə verdiyi Məşğulluq Alt Sistemində gənclər işğaldan azad edilən ərazilərdə boş vakansiyalar üzrə müraciət edə bilərlər.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov bildirmişdi ki, tikinti sahələri üzrə boş iş yerləri kifayət qədər çoxdur. Ələlxüsus, Zəngilan, Füzuli və Cəbrayılda mühəndis və oxşar vəzifələr mövcuddur. Görünən odur ki, müraciətlər həddindən artıq çox olduğuna görə, xeyli vətəndaşımızın işlə bağlı arzusu reallaşmır. Yüzlərlə insanımız Qarabağda işləmək niyyəti ilə dövlət orqanlarına baş vursalar da, müraciətləri nəticəsiz qalmaqdadır. Ötən gün Milli Məclisin iclasında deputat Tural Gəncəliyev də bənzər məsələni gündəmə gətirmişdi. Millət vəkili qeyd etmişdi ki, Qarabağdakı quruculuq işlərində peşə təhsilli gənclərə çox ehtiyac var. Ancaq işəgötürənlər ali təhsil diplomu tələbi qoyurlar. Buna görə də əksər peşə sahiblərinin Qarabağa yolu bağlanmış olur.
Problemi “Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, aylardır ona və həmkarlarına, həmçinin, işğaldan azad edilmiş rayonların icra başçılarına çoxsaylı müraciətlər edilir. Deputatın sözlərinə görə, müraciətlər yazılı ərizələrlə, yaxud telefon zəngləri ilə olur:
“Müxtəlif yerlərdə səyyar görüşlər zamanı bununla bağlı arzu-istəklər dilə gətirilir. Vətəndaşların mənə müraciəti əsasən Şuşa və Ağdam rayonları ilə bağlıdır. Onlar öz rayonlarının bərpa-quruculuq işlərində iştirak etmək istəyirlər. Biz də müraciətləri müvafiq qurumların diqqətinə çatdırırıq. Məsələ ondadır ki, hazırda Qarabağda quruculuq işləri həyata keçirən şirkətlər uzun illər fəaliyyət göstərən, təcrübəli və peşəkarlaşmış təşkilatlardır. Həmin şirkətlərin öz işçi qüvvəsi var. Əlavə işçi cəlb olunan zaman da yəqin ki, öz kriteriyalarına, tələblərinə uyğun insanlar seçirlər. Çox arzu edərdik ki, işğaldan azad edilmiş rayonlarda bərpa işləri görən şirkətlər yerli sakinlərin əməyindən də faydalansınlar. Onların prosesə cəlb edilməsi məqsədəuyğundur. Qarabağ bölgəsinə məxsus yerli təşkilatların da ümumi işə töhfə verməsi yaxşı olardı. Bununla keçmiş məcburi köçkünlər arasında işsizlik problemi aradan qalxar. Həmçinin, onminlərlə insanın öz torpaqlarında işləmək, quruculuqda iştirak etmək arzusu reallaşmış olar”.
E.Məmmədov diplom tələbi məsələsinə də münasibət bildirib: “Çilingərə, fəhləyə, bənnaya, qaynaqçıya ali təhsil, diplom lazım deyil. Qarabağda onların hamısına ehtiyac var. Əlbəttə, müəyyən işlərə yüksək səviyyəli mütəxəssislər tələb olunur. O zaman mütəxəssislər arasından seçim edilməsi anlaşılandır. Cənab Prezident vurğulayıb ki, Qarabağ ən yüksək səviyyədə bərpa olunmalıdır. Ölkə rəhbəri həm də dəfələrlə yerli sahibkarlara çağırış edib, onları quruculuq işinə dəstək verməyə səsləyib. Yerli iş adamlarımız bu işdə fəal olmalı, Qarabağa sərmayə qoymaqdan çəkinməməlidirlər. İşğaldan azad edilmiş rayonlarımızda təkcə xaricdən gələnlər işləməməlidir. Özümüz də bərpa prosesində yaxından iştirak etməliyik. Əminəm ki, quruculuq işində öz insanlarımıza, yerli sahibkarlara ehtiyac böyükdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
03:03 29.03.2026
Region
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə