Qırmızı Bazar yolunun bağlanması diqqət çəkməyə hesablanıb
Turan
06:44 20.05.2021
Qarabağ
691
Zəngəzur dəhlizinin açılması ermənilərin bütün cığallıqlarına son qoyacaq
"10 noyabr sazişi arzu etdiyimiz templə olmasa da, addım-addım reallaşır"
Ermənilər Şuşa istiqamətində Qırmızı Bazara gedən əsas yolu bağlayıblar. İddia ediblər ki, guya, buradan keçən Azərbaycan hərbçiləri onları “təhqir edir, söz atır” və s. Bir qrup erməninin yolu kəsməsini əks etdirən videogörünülər sosial şəbəkələrdə yayılıb. Məlumat üçün bildirək ki, videogörüntü erməni bloger Metaqse Hakopyan tərəfindən paylaşılıb. Xankəndindən Şuşaya qədər olan yolu çəkən Hakopyan ermənilərin bu yola həsrət qaldıqlarını deyib. Mövcud reallığı anlamayan, proseslərdən dərs çıxarmayan Hakopyan torpaqların “əldən çıxmasına” görə Paşinyan hökumətini ittiham edib. Artıq Ermənistanın parçalandığını, vahid dövlət olaraq mövcud olmadığını söyləyib.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, 10 noyabr sazişi arzu etdiyimiz templə olmasa da, addım-addım reallaşır. Politoloqun sözlərinə görə, sərhədlərin delimitasiyasına başlanılması və Zəngəzur yolunun açılması həlli vacib olan mühüm məsələlərdir:
“Bu proses erməni tərəfinin bütün cığallığına son qoyacaq. Nəzərdə tutulan qaydada və qrafikə uyğun davam etdiyi təqdirdə Qarabağda qalıb yaşamaq istəyən ermənilər üçün də böyük əhəmiyyət kəsb edəcək. Rəsmi İrəvan Naxçıvan istiqamətindəki dəhlizin açılmasını ləngitmək üçün Qarabağdakı erməniləri təxribatlara sövq edir.
Qarabağda qalıb yaşamaq istəyən ermənilər çox gözəl anlayırlar ki, Zəngəzur yolunun açılmaması gələcəkdə Laçın koridorunun qapanması ilə nəticələnə bilər. Bu da sülh istəməyən separatçı qüvvələr üçün arzuolunmayan hadisədir.
Bu səbəbdən ermənilər Qırmızı Bazar yolunu bağlamağa cəhd etməklə diqqət çəkməyə çalışırlar.
Eyni zamanda bu aksiya bölgədə davamlı sülhün yarana biləcəyindən narahatlıq duyan xarici qüvvələrin də maraqları ilə uzlaşır. Lakin Fransa prezidentinin ermənicə yazılan dəstək tvitinə cavab olaraq ABŞ prezidentinin müşaviri Sallivanın dövlət başçısı İlham Əliyevə zəng etməsi və tərəfdaş olaraq əlaqələrimizdən məmnunluq bildirməsi Azərbaycanın xarici siyasətdə doğru yolda olmasının göstəricisidir.
Vurğulamaq lazımdır ki, Azərbaycanın digər bölgələrindən Şuşaya gediş daha çox Xankəndi şəhərindən keçməklə gerçəkləşir. İndiyə qədər bu istiqamətdə heç bir insident qeydə alınmayıb. Əksinə, sadə ermənilər azərbaycanlı işçilər və turistlərlə ünsiyyətə meyillilik göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm